Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirmə rekorduna imza atıb.
Sitat.info xəbər verir ki, 38 yaşlı forvardın Lixtenşteynə qarşı 2024-cü il Avropa Çempionatının seçmə oyununda Portuqaliya millisinin heyətində çıxışı 197-ci olub.
Kriştiano millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub.
Qeyd edək ki, Portuqaliya - Lixtenşteyn qarşılaşmasında Ronaldo 2 qol vurub və Portuqaliya 4:0 hesabı ilə qalib gəlib.