Millimiz İsveçə qarşı

10:24 27 Mart 2023

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

“Sitat.info” xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olacaq. Solna şəhərindəki "Frends Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edəcək. 

Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.

F qrupu
22:45. İsveç - Azərbaycan 
22:45. Avstriya - Estoniya



Xəbər xətti