“Qalatasaray” “Qarabağ”ın müdafiəçisi Toral Bayramovla maraqlanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burhan Can Terzi tviter hesabında paylaşım edib.
Belə ki, İstanbul klubunun rəhbərliyi ilə “Qarabağ” rəhbərliyinin Toral haqda danışdığı və onun transferini müzakirə edildiyi iddia olunub.
22 yaşlı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Paylaşımda həmçinin “Qarabağ” və “Qalatasaray” arasında daha bir oyunun planlaşdırıldığı qeyd edilib.