Rusiyalı iş adamı Roman Abramoviç Niderlandın "Vitess" klubunu gizli maliyyələşdirməkdə təqsirli bilinib.
Sitat.info "The Guardian" nəşrinə istinadən xəbər verir ki, milyarder İngiltərənin "Çelsi" klubunun sahibi olduğu müddətdə Arnem şəhərinin təmsilçisinin satın alınması və fəaliyyəti üçün vəsait ayırıb.
İddiaya görə, klub Abramoviçlə əlaqəli ofşor şirkətlərdən ən azı 117 milyon avro kredit alıb.
Qeyd edək ki, Roman Abramoviç ötən il mayın 26-da "Çelsi"ni ABŞ konsorsiumuna satıb.