Mehriban Ələkbərzadədən təyinatı ilə bağlı yayılan xəbərlərə reaksiya

18:11 20 Aprel 2023

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Mehriban Ələkbərzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Ortada rəsmi heç nə yoxdur. Rəsmi qərar verilməyənə qədər bu barədə danışmağı artıq bilirəm”.

Xatırladaq ki, teatrın bədii rəhbəri Azərpaşa Nemətov keçən həftə 76 yaşında vəfat edib.



Xəbər xətti