Son 4 ayda itirdiyimiz AZƏRBAYCANLI MƏŞHURLAR - FOTO - SİYAHI

11:58 25 Aprel 2023

Son zamanlar Azərbaycan sənət aləmində bir çox tanınmış şəxs həyatını itirib. Onlar arasında tanınmış Xalq artistləri və Əməkdar artistlər var. 

BAKU.WS son dörd ayda itirdiyimiz azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Əməkdar artist Tünzalə Əliyeva

2023-cü il qədəm qoyar-qoymaz əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 22-də vəfat edən 49 yaşlı aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, Tünzalə Əliyeva ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısı olub. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.

Xalq artisti Ramiz Novruz

Xalq artisti Ramiz Novruz fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aktyor Yasamal rayonunda yerləşən evindəki vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında dəfn edildi.
Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatrda xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti Əli Əsgərov

Ramiz Novruzdan iki gün sonra tanınmış vokalçı, Xalq artisti Əli Əsgərov fevralın 23-də vəfat etdi. Sənətçi 62 yaşında dünyasını dəyişdi.

Xatırladaq ki, Əli Əsgərov 1961-ci ilin noyabrın 25-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. Xalq artsiti 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. O, 2012-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

İlahiyyatçı Hacı Şahin Həsənli
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirdi. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Əməkdar artist Yasəf Eyvazov

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov martın 7-də dünyasını dəyişdi. Onun ölümü ilə bağlı məlumatı Əməkdar artist Rəşad İlyasov təsdiqləmişdi. Yasəf Eyvazovun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Y.Eyvazov Xalq artisti Şəfiqə Eyvazovanın qardaşıdır.

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev

Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor, prodüser Oqtay Əliyev martın 22-də ağır avtomobil qəzası keçirdi. Nəticədə o vəfat etdi. Podüserin dəfnində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak etdilər. Rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

Xalq artisti İrana Tağızadə

Aprelin 7-də Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə səhər saatlarında vəfat etdi. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaydı. Xalq artisti ürək tutmasından vəfat etdi. Tağızadə “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı. Qeyd edək ki, İrana Tağızadə aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Xalq artisti Azər Paşa Nemətov

Xalq artisti Azər Paşa Nemətov aprelin 9-da vəfat etdi. Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat yaydı. 75 yaşlı rejissorun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib. Bu barədə Xalq artisti Rafiq Əzimov BAKU.WS-ə açıqlamasında bildirib. Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirildi. Daha sonra o kinci Fəxri xiyabanda dəfn olundu.



Xəbər xətti