Xəbər verdiyimiz kimi Əli Şərbətov Məşədi Dadaş Məscidinə imam təyin edilib.
O təyinatı ilə bağlı Manset.az-a açıqlama verib. Əli Şərbətov bu təyinatın böyük məsuliyyət olduğunu bildirib.
"Allah Hacı Şahinə rəhmət eləsin. Belə sevilən, insanların qəlbinə yol tapmış adamı əvəz etmək əvvəllər çətin olacaq. Belə məsləhət elədilər, məni göndərdilər, bizdə Allahın yolunda xidmət göstərəcəyik. Mən yox, istər başqa qardaşımız da olsa, gəlib burda fəaliyyət göstərməlidir. Əlimdən gələni edəcəyəm. Hacının yerini doldura bilmərik. Heç buna iddialı da deyilik. Əlimizdən gələn xidməti göstərməyə çalışacağıq.