"Xəcalət çəkdim, bu nə biabırçılıq idi.." - Tural və Turan qardaşları sərt tənqid olundu

18:59 10 May 2023

"Bizim mədəniyyətimiz opera musiqisi ilə, tar-kamanımızla, baletimizlə, muğamımızla tanınıb. Mən də belə məsələrə tolerant yanaşıram, ancaq bu qədər də olmaz axı..."

Sitat.info xəbər verir ki, bu sözləri  Sitat TV-nin canlı yayınında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərov "Eurovision 2023-" mahnı müsabiqəsində iştirak edən Tural və Turan qardaşlarını tənqid edib:

"O nə geyim idi, nə münasibət idi? Bu qədər avropalaşmışıqsa, yazıqlar olsun bizə. Bu nə biabırçılıq idi? Bu yaxınlarda uşaqları şəhərə çıxardım, böyük xəcalət hissi keçirdim.

Bakı tanınmaz hala düşüb".

Seymur,

Sitat.info

 



Xəbər xətti