Şuşada ilk dəfə “Natəvan” operası təqdim olunub

18:48 11 May 2023

Şuşada, “Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə Vasif Adığözəlovun “Natəvan” operası təqdim olunub.

Sitat.info xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adığözəlov olub.



Xəbər xətti