“Harry Potter” yenidən çəkiləcək – Təsdiqləndi

20:45 12 Aprel 2023

Harry Potter çoxseriyalı filmi serial olaraq yenidən ekranlaşdırılacaq.

Sitat.info xəbər verir ki, HBO Max, Sehrbazlıq Dünyası’nın yenidən yaradılması üçün 10 illik planı rəsmən açıqlayıb.

Uzun illərdir həyata keçirilməsi planlaşdırılan “Wizarding World” markasına aid yeni layihələr arzusu ötən günlərdə Bloomberg’dən gələn xəbərlə nisbətən müəyyənlik qazanmışdı. İndi isə belə bir layihə HBO Max tərəfindən rəsmən açıqlandı.

Harry Potter serialı kitablara sadiq qalacaq.

 Belə ki, serialın hər mövsümü JK Rowling-in yeddi romanından birinə uyğunlaşdırılacaq və Rowling baş prodüser kimi çəkilişlərə nəzarət edəcək. Serial tamamilə yeni aktyor heyətinə malik olacaq. Təəccüblüsü isə budur ki, şirkət bu layihəni 10 illik öhdəlik olaraq hesablayır.

Yeni layihənin ilk tanıtım videosu da HBO Max tərəfindən paylaşıldı. Sözügedən tanıtım videosunda klassik bölümlərdəki 3 mükəmməl ünsür də bizə təqdim edilir.

John Williams-ın Harry Potter film fon musiqisi, simvolik loqosu və Hogwarts Cadugərlik və Sehrbazlıq Məktəbi’nin siluetindən yenidən istifadə ediləcək. Paylaşılan videonu buradan izləyə bilərsiniz:

 

Qeyd edək ki, əsər əsasında daha əvvəl 8 bölümlük (redf. – 7 və 8-ci bölüm 7-ci kitaba əsaslanıb) fantastik film seriyası çəkilib. Baş rolları Daniel Radcliffe, Emma Watson və Rupert Grint canlandırıb.

Fərid Abbas



Xəbər xətti