Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Baxmut ətrafındakı cinahları təmizləməyə və torpaqları azad etməyə davam edir.
Sitat.info xəbər verir ki, bu barədə briqadanın mətbuat xidmətindən bildirilib.
"Son 24 saat ərzində əsgərlər cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyindəki ərazilərdən düşməni geri çəkilməyə məcbur ediblər", - məlumatda qeyd olunub.
Məlumata görə, 2-ci hücum batalyonunun hücumları nəticəsində Rusiyanın 57-ci briqadasının bölmələri və “Storm z” məhbus dəstələri xeyli itki verib.