Rumıniyadan Azərbaycana gəlmiş turist islam dinini qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli paylaşım edib.
Hacı Surxay bildirib ki, turist müsəlman olduqdan sonra adını dəyişmək qərarına gəlib:
“Rumınıyalı turistimiz bütün peyğəmbərlər, onların ailəsi ilə bağlı illərdir araşdırma aparıb, sonda islamı qəbul etmək qənaətinə gəlib. Bu gün islamı qəbul etdi. Adını da dəyişdi, "Təmir" adını seçdi. Allah qardaşımıza ömür versin. Təbrik edirəm”.
İslamı qəbul edən turist də öz hisslərini ifadə edib:
“Məni qəbul etdiyiniz üçün çox sağ olun. Bu gün qardaşlarımızın yanından xoş təəssürat və imanla ayrılıram”.