32 yaşlı Fərid Bağırzadə nazir təyin olundu - VİDEO

16:03 4 Mart 2026

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.

Sitat.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qərar qəbul edilib.

Qeyd edək ki, F.Bağırzadə 1994-cü ildə Bakıda anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib. 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

 2023-2024-cü illərdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.

@sitat.info 32 yaşlı Fərid Bağırzadə NAZİR təyin olundu #sitatinfo #nergizliftiyeva #sondeqiqe ♬ orijinal ses - Sitat.info xəbər portalı



Xəbər xətti