Avroviziya 2023 Ukraynada keçirilməyəcək - Yeni ünvanı bəlli oldu!

17:42 17 İyun 2022

Avropa Yayım Birliyi (EUB) Ukraynada davam edən müharibə səbəbindən 2023 Avroviziya Mahnı Müsabiqəsinin İngiltərədə keçirilməsinə qərar verildiyini açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, EBU-dan verilən açıqlamada, Ukraynanı təmsil edən Kaluş Orkestri adlı qrupun may ayında keçirilən müsabiqədə Stefania mahnısı ilə birincilik qazandığını xatırladılıb.

“Qərəzsiz təhlildən sonra belə bir nəticəyə gəldik ki, mövcud şərtlər nəzərə alınmaqla gələn il keçiriləcək mahnı müsabiqəsinə Ukraynanın ev sahibliyi etməsi mümkün deyil”.

Britaniya builki Eurovision Mahnı Müsabiqəsində ikinci yeri tutduğu üçün müsabiqə orada keçiriləcək. 

Qeyd edək ki, 2022 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Ukrayna Kaluş Orkestri orduya dəstək məqsədilə Facebook sosial şəbəkəsində keçirilən hərracda Eurovision kubokunu 900 min dollara satıb.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti