SSRİ-nin tanınmış aktyoru vəfat etdi

16:14 20 İyun 2022

Litvalı aktyor və SSRİ xalq artisti Regimantas Adomaitis 86 yaşında vəfat edib.

SİTAT.İNFO xəbər verir ki, bu xəbəri aktyorun yaxınları da təsdiqləyib.

Adomaitis Litvanın məşhur teatr və kino aktyoru olub, Litvanın ən məşhur teatr və kino tamaşalarında bir çox rollar yaradıb.

Regimantas Adomaitis 1985-ci ildə SSRİ xalq artisti adını alıb. O, teatr və kinoda bir çox rolları ilə yadda qalıb. Adomaitisin oynadığı ən məşhur filmlər "Heç kim ölmək istəmədi" və "Yaşıl furqon" idi.

Səid,

SİTAT.İNFO



Xəbər xətti