Almaniyada keçirilən G7 Sammitində liderlər qlobal məsələləri müzakirə edərək soyuq tər tökərkən, onların həyat yoldaşları olan birinci xanımlar gəzintidən həzz alırlar. Zirvə masasında gərginlik, "first lady" masasında isə əyləncə var.
Sitat.info xəbər verir ki, Almaniyanın Bavariya əyalətində keçirilən və ən güclü iqtisadiyyata malik 7 ölkənin liderlərinin iştirak etdiyi G7 Zirvə toplantısında prezidentlər və baş nazirlər dünya problemlərini müzakirə edərkən, onların həyat yoldaşları Ferçensi gölündən zövq alıblar. Bu gün sona çatan 3 günlük sammitə ev sahibliyi edən Almaniya kansleri Olaf Şolzun həyat yoldaşı Britta Ernst tərəfindən planlaşdırılan göl turunda Britta Ernstin əvəzinə , Britaniyanın birinci xanımı Kerri Conson və Fransanın birinci xanımı Bricit Makronun ön plana çıxması diqqət çəkib. .
Britta Ernst, Karrie Johnson və Bricit Makronu Avropa Şurasının prezidenti Çarlz Mişelin ortağı Amelie Derbaudrenghien, Almaniyanın keçmiş peşəkar xizəkçisi Kristian Noyter və keçmiş xizəkçi Miriam Noyter müşayiət edib. Zirvədə zəriflik yarışına girən birinci xanımlar gəzinti zamanı idman geyimlərinə üstünlük versələr də, Bricit Makronun klassik geyinərək öz tərzindən güzəştə getməməsi diqqət çəkib.
Safura Bənnayeva
SİTAT.İNFO