Saray qəsəbəsinin sakinlərindən örnək addım: Şəhidlərin xatirəsini belə əbədiləşdirdilər

16:01 28 İyun 2022

Onlar sadə xalqın nümayəndələri, xalqımızın görünməyən qəhrəmanlarıdır. Onlar bu yola, bu müqəddəs işə nə çox vəsaitlə, nə də hansısa qurumun dəstəyi ilə başlayıb. 6 dost xalqımızın hər qeyrətli oğlu kimi, sadəcə əllərindən gəldiyi qədər şəhidlərimizin əziz xatirəsini yaşatmağa çalışıblar. Bu işdə onlara özləri kimi siravi vətəndəşlar kömək edib. Bu birlik nəticəsində onlar Abşeron rayonunun Saray qəsəbəsində 1-ci və 2-ci Qarbağ şəhidlərinin, aprel döyüşləri şəhidlərinin və iyul hadisəsi şəhidlərinin əziz xatirəsinə bulaq inşa edərək və şəhidlərimizin şəkilləri əks olunan löhvə inşa edərək onların xatirəsini əbədiləşdiriblər.

Bu işə öndərlik edən 6 dost Cəlal Həsənov, Ülvi Xəmməmədov, Nicat Həsənov, Gündüz Abbasov, Güləli İbayev ,Elçin İbayev və bu məhəllənin nümayəndələri bu örnək iş üçün aylarla çalışıb,  kiçik büdcələri ilə böyük iş ərsəyə gətriblər.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü bu kiçik parkın açlışı oldu. Açılışda şəhid ailələri, qazilər, ictimai birlik rəhbərləri, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Milli Qeyri -Hökümət Təşkilatları Formunun prezidenti Rauf Zeyni və qəsəbə sakiləri iştirak etdi.

Tədbiri şəhid mayor Vüsal Vəliyevin qardaşı, gənc alim Elyar İslamoğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, "İnkşafa və islahatlara dəstək" İctimai Birliyin sədri və "Öndər.tv" internet televiziyasının təsisçisi Ramil Əliyev təşkil ediblər. Bu möhtəbər tədbirin aparıcılıq işini Elyar İslamoğlu öz üzərinə götürüb.

Açılış Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Daha sonra şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib. Şəhid General Polad Həşimovun qardaşı İlham Həşimov tədbiri öz çıxışı ilə davam etdirib. Açılışda iştirak edən məktəblilər öz şeirləri ilə iştirakçılara duyğu dolu anlar yaşadlblar. Şəhid ailələri, qazilər və tədbir iştirakçıları öz çıxışlarında bulağı ərsəyə gətirənlərə öz minnətdarlıqlarını bildiriblər Daha sonra şəhidlərin şəkilləri olan löhvənin qarşısına gül dəstələri düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub. Sonda Azərbaycanın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin adına ehsan süfrəsi açılıb.

Sitat.info



Xəbər xətti