Yatağından yıxılaraq ürəyi dayanan və edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Cüneyt Arkın bu gün son səfərinə yola salınıb. Arkınla birlikdə çoxsaylı filmlərdə rol alan Türkan Şoray dəfn mərasimində tabutu qucaqlayaraq göz yaşlarına boğulub.
Türkiyə kinosunun əfsanəvi aktyorlarından olan Cüneyt Arkın çərşənbə axşamı 85 yaşında dünyasını dəyişib. Ailəsi və yaxın dostlarının müşayiəti ilə Arkının cənazəsi Taksim Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdən sonra Teşvikiyə məscidinə gətirilib. Mərasimə qatılan Türkan Şoray həmkarı ilə vidalaşarkən duyğulu anlar yaşayıb.
Çoxsaylı filmlərdə birlikdə rol aldığı Cüneyt Arkın üçün son vəzifəsini yerinə yetirən Türkan Şoray Təşvikiyə məscidində olub. Dəfn mərasimində duyğulu anlar yaşayan 77 yaşlı Şoray Arkının tabutunu öpüb və hönkür-hönkür ağlayıb.
Türkan Şoray Cüneyt Arkının ölüm xəbərini aldıqdan sonra sosial media hesabında rol aldıqları bir filmdən foto paylaşıb: "Sevgilim Cüneyt. Bundan sonra sənin yoxluğunu bilmək, düşünmək belə bir ağrıdır... Səni həmişəlik ürəyimdə saxlayacağam..."
Lamiyə,
SİTAT.İNFO