Puşkinin Zaporojyedəki abidəsi söküldü

17:09 27 İyul 2022

Aleksandr Sergeyeviç Puşkinin Zaporojyedə ucaldılmış abidəsi sökülüb.

Sitat.info xəbər verir ki, bu barədə Zaporojye şəhər şuras məlumat yayıb.

“Abidənin meriyanın icazəsi ilə sökülməsi və saxlanmağa göndərilməsi həyata keçirilib. Biz dəqiq harada olduğunu açıqlamırıq. O, onun gələcək taleyi ilə bağlı qərar qəbul olunana qədər orada qalacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, abidə ötən əsrin 90-cı illərinin sonlarında böyük şairin 1820-ci ilin mayında Zaporojyedə olması şərəfinə ucaldılmışdı.

/Axar.az



Xəbər xətti