İtaliya hökuməti aztəminatlı ukraynalı qaçqınlara 150 avro birdəfəlik maddi yardım edəcək.
Sitat.info xəbər verir ki, hətta işləyən ukraynalılar da İtaliya hökumətinə birdəfəlik yardım üçün müraciət edə biləcəklər.
İtaliyada yaşayan və 2021-ci il vergi dövrü üçün 20.000 avrodan çox olmayan ukraynalı qaçqınlar İtaliya hakimiyyətinə kömək üçün müraciət edəcəklər.
Ödəniş müvəqqəti və daimi işçilər, tədqiqatçılar, təqaüdlü aspirantlar, mövsümi işçilər və noyabr ayında belə yardım almamış əyləncə işçiləri üçün mümkündür.
Birdəfəlik müavinət almaq üçün müraciət edən şəxslər xüsusi internet saytına daxil olaraq yardımın kateqoriyasını göstərməlidirlər. Ödənişlər 2023-cü ilin yanvar ayının sonuna qədər həyata keçiriləcək.
Seymur,
sitat.info