Ukrayna müdafiəçiləri üçün dua edən keşiş saxlanılıb - FOTO

17:06 5 Yanvar 2023

Belarusda təhlükəsizlik qüvvələri Minskdəki kilsələrdən birinin keşişini Ukraynanın ordusu üçün dua etdiyi üçün saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Belarusun “Zerkalo” nəşri məlumat yayıb.

Məlum olub ki, yanvarın 1-də Pravoslav Kilsəsinin "Kədərlənən Hamının Sevinci" İkonunun ruhanisi Dionisi Korostelev "Ukraynanın əsgərləri və müdafiəçiləri üçün" dua mərasiminin keçirilməsini xahiş edən nota alıb.

Din xadiminin bu cür hərəkətləri Belarus təhlükəsizlik qüvvələri tərəfindən “düşmənin aqressiv ritorikasının təbliği” cəhdləri kimi qiymətləndirilib.
Bundan əlavə, Korostelev “millətçi döymələri” və boş vaxtlarında qəribə ləqəblə onlayn kompüter oyunları oynamaqda” ittiham olunub. 

Seymur,

Sitat.info



Xəbər xətti