Konqresmen Mett Gets ABŞ-ın keçmiş Prezidenti Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürüb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Gets Trampın dövründə ABŞ-ın əldə etdiyi uğurlardan danışaraq onu dəstəklədiyini bildirib. Lakin 11 turdan sonra konqres spiker seçə bilməyib.
Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri vəzifəsinə digər şəxslər də namizəd göstərilə bilərlər.