Yanvarın 3-də İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidini ziyarət etməsindən sonra artan gərginlik Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasında müzakirə olunub.
Sitat.info xəbər verir ki, BMT baş katibinin müavini Xalid Xeari dünənki iclasda ölkələrin BMT nümayəndələrini məlumatlandıran təqdimatla çıxış edərək İordan çayının qərb sahilində artan tənəzzülə diqqət çəkib.
BMT baş katibinin müavini Xalid Xeari təqdimatında 2017-ci ildən bəri İsrailli bir nazirin Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağı kimi tanınan əraziyə səfər etdiyinə diqqət çəkib.
“Keçmişdə dəfələrlə müşahidə etdiyimiz kimi, Qüdsün Müqəddəs Məkanlarında vəziyyət son dərəcə həssasdır və orada hər hansı insident və ya gərginlik işğal olunmuş Fələstin ərazisinə, İsrailə və başqa yerlərə sıçrayaraq zorakılığa səbəb ola bilər”, - Xalid Xeari bildirib. BMT baş katibinin müavini Xeari sözlərini belə davam etdirdi.
Səid İsaoğlu,
Sitat.info