Rusiyanın birtərəfli qaydada elan etdiyi müvəqqəti atəşkəsin qüvvəyə minməsindən təxminən bir saat əvvəl Rusiya ordusunun hücuma keçdiyi bildirilib.
Sitat.info-nun məlumatına görə, atəşkəsdən əvvəl Xersonda yanğınsöndürmə məntəqəsinə hücum edilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb, dörd nəfər yaralanıb. Hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib.
/Manset.az