Yanvarın 6-da Dneprdə rus alimi Mixail Lomonosovun şərəfinə ucaldılmış abidə sökülüb.
Sitat.info xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Regional İnformasiya Qərargahının Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verilib:
"Dneprdə son abidə dekomunizasiya çərçivəsində söküldü. Lomonosovun abidəsi tarixin zibilliyinə getdi".
Abidənin hündürlüyü 7,7 metr, çəkisi isə 30 tondan çox olub. Hələlik o, Dneprdəki kommunal müəssisələrdən birinin ərazisində saxlanılacaq".
Xatırladaq ki, iyun ayında Dneprdə NKVD general-mayoru Aleksey Fedorovun abidəsi sökülüb. Lomonosovun abidəsi isə 25 iyun 1971-ci ildə quraşdırılıb.
Məğrur,
Sitat.info