Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkə daxilində Covid-19-a yoluxma və ölüm hallarının sayını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq olaraq, 2022-ci ilin sentyabrında 20 milyonu keçən epidemiya halları son 24 saat ərzində 30 milyonu keçib.
2022-ci ilin dekabr ayında Yaponiyada epidemiyadan 7688 nəfər ölüb. Bu, ən yüksək aylıq göstərici kimi qeydə alınıb.
Hazırda ölkə üzrə 659 nəfər reanimasiya şöbələrində virusdan müalicə alır.