Rusiya ordusunun Xarkov vilayətinin Şevçenkov şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Ukrayna rəsmisi Kirilo Timoşenko Telegram hesabında Rusiya qüvvələrinin Şevçenkov şəhərinə təşkil etdiyi hücumda raketlərin bazara düşdüyünü bildirib.
Hücum nəticəsində 60 yaşlı qadının həyatını itirdiyini, 7 mülki vətəndaşın isə yaralandığını bildirən Timoşenko hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Timoşenko hücumun S-300 raket sistemi ilə edildiyini açıqlayıb. Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinebubov da hücumda yaralananlar arasında 13 yaşlı qızın olduğunu açıqlayıb.
Seymur,
Sitat.info