Almaniya ikili vətəndaşlığa icazə verir, şərtlər sadələşdirilir...

18:06 9 Yanvar 2023

Almaniya hökuməti Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsi hazırlayıb. Yeni qanun layihəsinə görə, ikili vətəndaşlıq mümkün olacaq.
 Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini müvafiq nazirliklərə göndərib.

Qanun layihəsinə əsasən, Almaniya vətəndaşlığını almaq üçün şərt olan alman dilini bilmək qaydası yumşaldılacaq. Beləliklə, kifayət qədər Alman dilini bilməyən xarici ölkə vətəndaşlarının yolu açılacaq.

Qanun layihəsinə əsasən, 67 yaşdan yuxarı şəxslər üçün vətəndaşlıq imtahanı ləğv ediləcək. Vətəndaşlıq üçün yaşayış müddətinin də 8 ildən 5 ilə endirilməsi gözlənilir.

İkili vətəndaşlıqla bağlı qanunda ciddi islahat gözlənilir. Müvafiq olaraq, Almaniya vətəndaşlığı istəyənlərdən gəldikləri ölkənin vətəndaşlığından imtina etməsi tələb olunmayacaq.
 

Məğrur, 

Sitat.info



Xəbər xətti