Almaniya İranı ölüm hökmünə görə qınayır

19:38 9 Yanvar 2023

Almaniya hökuməti İrandakı etirazlarla bağlı daha 2 nəfərin edam edilməsinə reaksiya verib.

Sitat.info xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada, "Almaniya hökuməti İran rejiminin ölüm hökmündən repressiya aləti kimi istifadə etməyə davam etməsini ən sərt şəkildə pisləyir" ifadələrini işlədib.

Hebestreit Tehran hökumətini “bir daha və təcili olaraq” bir daha ölüm hökmü çıxarmamağa və ölüm hökmünü dərhal ləğv etməyə çağırıb. Müttəfiqlərlə birlikdə İrana təzyiqin daha da artacağını bildirib.

“Biz İranı haqsız yerə həbs edilənlərin hamısını gecikdirmədən azad etməyə çağırırıq”, - Hebestreit bildirib.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da İranın paytaxtı Tehranda dünyasını dəyişib. Əminin ölümündən sonra sentyabrın 17-də doğulduğu Sakqızda başlayan nümayiş bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib.

Etirazlarda yüzlərlə nümayişçi həyatını itirib, on mindən çox nümayişçi isə saxlanılıb.

Nümayişlərdən sonra onlarla insan edam cəzasına məhkum edilərkən, Muhsin Şikari dekabrın 8-də, Mecidrıza Rəhneverd 12 dekabrda, Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni isə yanvarın 7-də edam edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti