Katolik dünyasının ruhani lideri Roma Papası Fransisk diplomatlar qarşısında ənənəvi Yeni il çıxışında ilk dəfə İranın etirazçıları edam etməsini pisləyib və Ukraynadakı müharibəni “Allaha və insanlığa qarşı cinayət” adlandırıb.
Sitat.info xəbər verir ki, qeyri-rəsmi olaraq “dünyanın vəziyyəti” nitqi kimi tanınan yeni ilin başlanğıcında ümumi qiymətləndirmə aparan Papa Vatikanda akkreditə olunmuş 183 ölkənin nümayəndələri qarşısında italyan dilində səkkiz səhifəlik çıxış edib.
Dünyanın bütün münaqişə sahələrinə, o cümlədən Afrika, Yaxın Şərq və Asiyada olanlara müraciət edən ruhani lider abortları pislədiyini təkrar edərək, “xüsusilə də siyasi məsuliyyət daşıyanları ən zəiflərin hüquqlarını qorumağa çalışmağa” çağırıb və bir daha nüvə münaqişəsi təhlükəsinə qarşı xəbərdarlıq edib.
Builki çıxışda ən böyük fərq Vatikanın İrandakı etirazlara və ondan sonra verilən ölüm hökmlərinə susması idi. Ölüm cəzasının "sözdə dövlət ədaləti" üçün istifadə edilə bilməyəcəyini vurğulayan Papa Fransisk, "Bu cəza çəkindirici deyil və qurbanlara ədaləti təmin etmir, yalnız qisas istəyini gücləndirir" dedi.
Seymur Bənnayev
Sitat.info