Rusiya antikorrupsiya sazişindən çıxdı

18:06 10 Yanvar 2023

Ukrayna müharibəsinin kölgəsində Qərbin Rusiyaya qarşı bir sıra ədalətsiz sanksiyalar tətbiq etdiyini əsas gətirən Rusiya prezidenti Vladimir Putin Qərb dövlətləri ilə imzalanan Beynəlxalq Korrupsiyaya Qarşı Müqavilədən birtərəfli qaydada çıxmağa qərar verib.

Sitat.info xəbər verir ki, Dünən məlum olub ki, Putinin dekabrın 30-da imzaladığı sazişdən çıxmaq qərarı təsdiq üçün parlamentin aşağı palatası Dumaya göndərilib.

Parlamentin təsdiq edəcəyi müəyyən olan hüquqi prosedur tamamlandıqdan sonra Qərb ölkələrində korrupsiya və ya iqtisadi cinayət törətmiş şəxs və ya şəxslər Rusiyaya gələrsə, burada cinayət törətmiş sayılmayacaq. Moskva Beynəlxalq Antikorrupsiya Müqaviləsinə 1999-cu il yanvarın 27-də qoşulub. O dövrün Rusiya lideri Boris Yeltsin administrasiyanı Vladimir Putinə təhvil verməzdən 4 gün əvvəl bu son beynəlxalq müqaviləyə yaşıl işıq yandırdı.

Seymur,

Sitat.info



Xəbər xətti