İranda nümayişlərlə bağlı daha bir nəfər edam cəzasına məhkum edilib

18:10 10 Yanvar 2023

İranda polis nəzarətində olan gənc qadının ölümündən sonra başlayan etirazlara görə mühakimə olunan daha bir şəxs edam cəzasına məhkum edilib.

Sitat.info xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Mazenderan əyalətinin İnqilab Məhkəməsində mühakimə olunan müttəhim Cevad Ruhi Novşəhr rayonunda keçirilən nümayişlər zamanı “ağır cinayət əməlləri” törədib.

 

Xəbərdə rayon meydanında keçirilən nümayişlər zamanı baş verən hadisələrdə təhlükəsizlik qüvvələri də daxil olmaqla çox sayda insanın həlak olduğu, ictimai əmlakın dağıdılaraq yandırıldığı, Ruhinin “hadisələrə rəhbərlik etdiyi” iddia edilib.

 

Ölüm cəzasına məhkum edilən təqsirləndirilən şəxs nümayişlər zamanı polis bölməsini yandırmaqda və Quranı yandırmaqda da günahlandırılıb.

 

Məhkəmə Ruhini “ölkənin daxili təhlükəsizliyinə qarşı külli miqdarda cinayətlər törətməkdə”, “ictimai asayişi və təhlükəsizliyi pozmaqda”, “ictimai əmlakı və obyektləri dağıdıb yandırmaqda”, “vətəndaşları etimadsızlıq yaratmağa və cinayət törətməyə təhrik etmək”də, "dünyada fitnə-fəsad törətmək"də ittiham edərək ölüm hökmünə məhkum edib.

Qeyd olunub ki, məhkəmənin qərarından apellyasiya şikayəti verilir və apellyasiya şikayəti verilə bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti