Sunakın sözçüsü Ukraynaya tank tədarükündən danışdı

18:40 10 Yanvar 2023

“Böyük Britaniya hələ ki, Ukraynaya tankların tədarükü ilə bağlı yekun qərar verməyib”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın sözçüsü açıqlama verib.

“Hazırda tankların tədarükü ilə bağlı yekun qərarlar qəbul etməmişik. Bu cür şeylərlə bağlı qərarlar qəbul edilməyincə, hansı avadanlıqların göndəriləcəyi ilə bağlı fərziyyələri şərh etmirik”, - sözçü əlavə edib.

O qeyd edib ki, Almaniya, Fransa və ABŞ keçən həftə Ukraynaya zirehli texnika verəcəklərini elan etdikdən sonra Böyük Britaniya müttəfiqləri ilə dəstəyini koordinasiya etməyə davam edəcək.

 



Xəbər xətti