Fransanın baş naziri Elizabet Born ölkədə ən mübahisəli məsələlərdən olan pensiya qanunu ilə bağlı açıqlama verib.
Sitat.info xəbər verir ki, Born hökumətin fransızları islahatların zəruri olduğuna inandıracağını bildirib: "Mən bilirəm ki, pensiya sistemimizin dəyişdirilməsi fransızlarda suallar və qorxular yaradır. Bu gün pensiya sistemimizi tarazlaşdıracaq ədalətli bir layihə təqdim edirik. Sosial modelimizi qorumaq üçün faktlarla üzləşməli və həll yolları tapmalıyıq" deyən Elizabet Avropadakı qonşuların pensiya yaşını artırdıqlarını vurğulayıb.
Mübahisəli qanuna görə, Fransada pensiya yaşı bu ilin sentyabrından tədricən ildə 3 ay artırılaraq 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. Ölkədə pensiyaya çıxmaq üçün 2027-ci ildən etibarən 43 il işləmək lazım gələcək.
Məğrur,
Sitat.info