Rusiya və Ukrayna ombudsmanları görüşdü

08:29 11 Yanvar 2023

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ukraynalı həmkarı Dmitro Lubinets ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı ombudsman teleqram kanalında məlumat yayıb.

Bildirib ki, iki ölkənin vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələləri müzakirə edilib.

 



Xəbər xətti