Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusiya tərəfindən döyüşlərdə iştirak edib.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslərdən 9 mindən çoxu hazırda Ukraynada ön cəbhədədir.
Kadırov, həmçinin qeyd edib ki, hazırda döyüşlərdə iştirak edən çeçen qüvvələrinin komandirləri ilə şəxsən əlaqədədir./Qafqazinfo