Zelenski bu şəxsləri vətəndaşlıqdan MƏHRUM ETDİ

12:20 11 Yanvar 2023

Ukrayna prezidenti Volodimir Zelenski 4 rusiyayönlü siyasətçini, o cümlədən ukraynalı siyasətçi Viktor Medvedçuku vətəndaşlıqdan məhrum edib.

Sitat.info-nun məlumatına görə, Zelenski rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan məhrum edildiyini açıqlayıb.

Bu istiqamətdə fərman imzalayan Zelenski açıqlamasında, "Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidmətinin hazırladığı materiallar əsasında dörd nəfərin vətəndaşlıqdan çıxarılması barədə qərarı təsdiqlədim. Bunlar Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukdur. Əgər xalqın seçdiyi insanlar Ukrayna xalqına deyil, Ukraynaya gələn qatillərə xidmət edərsə, o zaman bizim qərarlarımız yerinə yetiriləcək. Bu veriləcək son qərar deyil” - deyə o bildirib./Manset.az



Xəbər xətti