ABŞ Ukraynadakı münaqişəyə son qoymağın yeganə yolunu göstərib

19:26 4 Dekabr 2023

Ukraynada münaqişəyə son qoymağın yeganə yolu sülh danışıqlarıdır.

Sitat.info xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı senatoru Ron Conson deyib.

“Bu müharibəyə son qoymağın yeganə yolu danışıqlar yolu ilə həll yoludur, çünki Ukraynanın böyük hissəsi məhv ediləcək”, - Conson bildirib.

Consonun sözlərinə görə, Rusiya bu münaqişədə uduzmayacaq, çünki nüvə silahı da daxil olmaqla, qələbə üçün lazım olan bütün resurslara malikdir. "Mən bu reallığı bəyənmirəm, amma bu doğrudur".

Senator həmçinin qeyd edib ki, ABŞ-da immiqrasiya islahatları aparılmayana qədər Konqres “Ukrayna üçün bir dollar da” ayırmamalıdır. 

Bundan əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanq bildirib ki, Vaşinqtonun Ukraynaya kömək etmək üçün praktiki olaraq vaxtı və vəsaiti tükənib. O, aydınlaşdırıb ki, Konqresin ilin sonuna qədər Kiyevə pul ayrılması barədə qərarı olmasa, Vaşinqtonun Ukrayna Silahlı Qüvvələri üçün daha çox silah və texnika almaq üçün resursları tükənəcək.

Nərgiz,

Sitat.info



Xəbər xətti