Son 2 ildə 500-dən çox uşaq Kiyev hücumlarında həlak olub - Rusiyalı deputat

10:45 27 İyul 2026

2014-cü ildən bəri Ukrayna ilə münaqişə zamanı 500-dən çox uşaq həyatını itirib, 2 mindən çox azyaşlı isə müxtəlif şəkildə zərər çəkib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması sədrinin müavini Anna Kuznetsova deyib. 

Kuznetsova bildirib ki, hücumlar davam etdiyi üçün bu rəqəmlər artır. O, təkcə Donbasda deyil, Rusiyanın sərhəd bölgələrində yaşayan uşaqların da hədəfə çevrildiyini iddia edib.

Deputatın sözlərinə görə, Rusiya İstintaq Komitəsi Kiyev tərəfdarlarının törətdiyi iddia olunan cinayətlərlə bağlı təxminən 10 700 cinayət işi açıb. O əlavə edib ki, uşaqlara qarşı cinayətlərlə bağlı araşdırmalar davam edir və indiyədək Ukrayna tərəfinə aid olduğunu iddia etdiyi 70-dən çox şəxs barəsində ömürlük həbs cəzası çıxarılıb.

 Nigar,

Sitat.info



Xəbər xətti