Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Xerson şəhərinə daxil olub.
“Sitat.info”nun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski öz feysbuk hesabında Xersondan görüntülər paylaşıb və ukraynalı hərbçilərin vilayət mərkəzinə daxil olmasını şərh edib.
“Bizimkilər. Bizim. Xerson”, - deyə Zelenski paylaşımında qeyd edib.
Görüntülərdən Xerson sakinlərinin Ukrayna ordusunu böyük sevinclə qarşıladığını görmək mümkündür.
/Qafqazinfo