Ukrayna limanlarından daşınan taxılın həcmi açıqlanıb.
“Sitat.info” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada indiyədək daşınan taxılın miqdarının 10 milyon 315 min tonu keçdiyi bildirilib.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl daşımalarının davam edəcəyini açıqladığı 2 noyabr 2022-ci ildən bu yana ümumilikdə 51 gəminin Ukrayna limanlarına getdiyi, 21 gəminin isə Ukrayna limanlarından yola düşdüyü bildirilib.
/Qafqazinfo