Ərdoğan beynəlxalq qaz qovşağı yaratmaq niyyətini AÇIQLADI

20:53 12 Noyabr 2022

“Türkiyə hökuməti ölkədə beynəlxalq qaz qovşağı yaratmaq istəyir, onun iştirakçıları bu resursun qiymətlərini müəyyən edəcəklər”.

Sitat.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Biz qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı istənilən məsələdə əməkdaşlığa hazırıq. Bu baxımdan biz bir çox ölkələrlə fəal danışıqlar aparırıq: Mərkəzi Asiyadan və Aralıq dənizinədək. Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq” - deyə o bildirib.

Ərdoğan Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu xatırladıb.

Prezident həmçinin bildirib ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından qaz hasilatına başlamaq üçün işləri sürətləndirib. Ərdoğan əlavə edib ki, mütəxəssislər Qara dənizdə 10 quyudan doqquzunda qazma işlərini başa çatdırıblar.



Xəbər xətti