İstanbulun mərkəzində bomba qoyan şəxs Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.
Sitat.info bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
"Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl daha 21 nəfər saxlanılıb. Bu işdə zəhməti olan yoldaşlarıma xüsusilə minnətdaram", - deyə S.Soylu bildirib.
Nazir əlavə edib ki, hesablamalara görə, terror aktının törədilməsinə dair əmri Kobanidən, hücumu törədən şəxs isə Afrindən gəlib
/32gun.az