İsrailin baş naziri Yair Lapid İstanbulda baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Lapid Türkiyəyə hər zaman dəstək olacağını bildirib:
“İstanbulda törədilən dəhşətli terror aktı ilə bağlı İsrail hökuməti adından türk xalqına başsağlığı verirəm. Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə dəstəyimi bildirirəm. Terrorun baş qaldırdığı yerdə biz birlikdə güclü mübarizə aparacağıq”.
/Manset