Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının çıxarılmasından sonra yenidən Ukrayna ordusunun nəzarətində olan Xerson şəhərinə səfər edib.
Sitat.info xəbər verir ki, Xersona səfər edən Zelenski Ukrayna əsgərləri və vətəndaşları ilə görüşüb.
Vətəndaşlar şəhərin geri alınmasında göstərdikləri xidmətlərə görə əsgərlərə təşəkkür edən Zelenskiyə sevgi nümayiş etdiriblər. Zelenski burada verdiyi açıqlamada şəhərin azad edilməsindən və xalqın reaksiyasından məmnun olduğunu bildirib.
Xersonda olmağın vacibliyini vurğulayan Zelenski, hər gün vətənləri üçün həyatlarını riskə atan əsgərlərə və şəhər əhalisinə baş çəkdiyini, onların duyğularını və enerjisini hiss etdiyini qeyd edib.
Seymur,
SİTAT.İNFO