Peskov taxıl sazişindən danışdı: "Rusiya bunda maraqlıdır"

17:38 14 Noyabr 2022

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya mətbuatına gündəmlə bağlı mühüm açıqlamalar verib.

Sitat.info xəbər verir ki, o, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits arasında  Cenevrədə taxıl sazişi ilə bağlı aparılan danışıqları şərh edib.

 Peskov deyib ki, sazişin uzadılması üçün daha bir həftəmiz var. “Sazişin əvvəlindən bizim bütün maddələri həyata keçirmək istəyimiz var idi və keçən həftə BMT ilə çox konstruktiv danışıqlar aparıldı.
Böyük Britaniyanın baş naziri Rişi Sunakın Moskvanın dünyaya ərzaq tədarükünü əngəllədiyi və ondan silah kimi istifadə etdiyi barədə sözlərinə cavab verən Peskov  deyib ki, bu, kökündən yanlışdır:

"Rusiya dünya ərzaq bazarına müdaxilə etmir. Rusiya taxıl müqaviləsində maraqlıdır və danışıqları davam etdirir.  Zelenskinin  Xersona səfərini "təxribat" kimi qiymətləndirirsizmi sualına Peskov, "Bu torpaqların Rusiya Federasiyasının ərazisi olduğunu bilirsiniz. Bu suala şərh vermək istəmirəm."

Peskov Ukraynanın Rusiyanın bir çox şəhərində terror aktı həyata keçirəcəyi ilə bağlı kəşfiyyat məlumatlarına da  münasibət bildirib O deyib ki, Rusiya öz bölgələrində təhlükəsizlik tədbirlərini artırıb, sistemli və məqsədyönlü araşdırmalar aparılır. Lazımi tədbirlər görülür".



Xəbər xətti