BMT-dən İstanbulda törədilən terror aktına münasibət

17:54 14 Noyabr 2022

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən terror aktını şiddətlə qınayıb.

Sitat.info xəbər verir ki, BMT Baş Katibliyindən verilən açıqlamaya görə, Quterreş hücumda həyatını itirənlərin ailələrinə, yaxınlarına və Türkiyə hökumətinə başsağlığı verib.

Hücumu qətiyyətlə pisləyən Quterreş yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, dünən Beyoğlu İstiqlal küçəsində baş verən terror aktında 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti