Rusiya ordusu yeni ərazi işğal edib

18:55 14 Noyabr 2022

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Pavlivka qəsəbəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini bildirib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin hərəkətləri barədə məlumat verilib.

Sitat.info-nun məlumatına görə, Ukraynanın Donetsk bölgəsində qarşıdurmaların davam etdiyinə diqqət çəkən açıqlamada, "Rus hərbi birliklərinin intensiv toqquşması nəticəsində Donetsk Xalq Respublikasına bağlı Pavlivka qəsəbəsi bütünlüklə azad edilib" , - deyilib. 

“Ukraynada ümumilikdə 6 min 593 tank və zirehli texnika məhv edilib” Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna qüvvələrinin Kupyansk, Krasnıy Liman və Donetskin cənub istiqamətlərində hücumlarının dəf edildiyini, oradakı toqquşmalarda isə 300-ə yaxın ukraynalı əsgərin zərərsizləşdirildiyini və çoxlu sayda hərbi texnikanın zərərsizləşdirildiyini iddia edib.

Son 24 saat ərzində Ukrayna ordusuna məxsus 3 qərargah, yanacaq-sursat və hərbi texnika anbarının məhv edildiyini qeyd edən Konaşenkov 6 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Konaşenkov, “Bu günə qədər 333 təyyarə, 176 helikopter, 2 min 504 pilotsuz uçuş aparatı, 388 hava hücumundan müdafiə raket sistemi, 6 min 593 tank və zirehli texnika, 891 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 577 haubitsa və minaatan16, şəxsi hərbi maşınlar məhv edildiyini bildirib

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətinin Mayorsk kəndinin nəzarətə götürüldüyünü açıqlayıb.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti