Aİ ölkələri Ukraynaya 8 milyard avro yardım edib

22:43 14 Noyabr 2022

Avropa İttifaqı (Aİ) və üzv ölkələr Ukraynaya azı səkkiz milyard avro (8,27 milyard dollar) dəyərində silah və hərbi texnika verib.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Avropa İttifaqının baş diplomatı bildirib ki, bu məbləğ ABŞ-ın Kiyevə tədarük etdiyi yardımın təxminən 45%-nə bərabərdir.//APA



Xəbər xətti