Oktyabr ayında Çində iqtisadi göstəricilərdə əvvəlki aya görə toparlanmanın yavaşladığına dair işarələr müşahidə edildi.
Sitat.info xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, sənaye istehsalı və əsas kapitala investisiyalar oktyabr ayında əvvəlki aya nisbətən daha az artıb, pərakəndə satış isə illik müqayisədə azalıb.
İstehlak və tələb ölçüsü olaraq qəbul edilən pərakəndə satışlar, sentyabr ayında 2,5% artımın ardından oktyabrda 0,5% azalaraq gözləntilərin gerisində qaldı. Pərakəndə satışların azalması iqtisadi dirçəlişin zəiflədiyinə və tənəzzül əlamətlərinin ortaya çıxmasına işarə kimi qiymətləndirilir.
Sənaye istehsalı oktyabr ayında illik bazda 5,5% artarkən, sentyabr ayında 6,3% artımın altında qaldı. İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapitala investisiyalar ilin 10 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artmışdır. İlk 9 ayda əsas kapitala investisiyalar 5,9% artıb.
Şəhərlərdə işsizlik nisbəti oktyabr ayında 5,5% ilə sentyabr ayındaki səviyyədə qaldı. İşsizlik səviyyəsinin hələ də yüksək olması iqtisadiyyatın bərpasının hələ də kövrək vəziyyətdə olduğuna işarə kimi şərh olunur.
Pandemiya tədbirləri iqtisadi gözləntiləri azaldır.
Bu ilin yazında COVID-19 məhdudiyyətlərinin Çində, xüsusən də böyük əhalisi olan və kritik sənaye və biznes sahələrinə ev sahibliyi edən ölkənin ən böyük şəhəri Şanxayda iqtisadiyyata təsiri açıq şəkildə hiss olundu.
Bir çox sahədə ölçülən iqtisadi göstəricilər COVID-19 pandemiyasının ilk aylarından bəri ən aşağı səviyyəyə düşüb.
İqtisadi göstəricilər canlanmanın dalğalandığını ortaya qoysa da, hökumətin bu il üçün nəzərdə tutduğu 5,5%-lik artım hədəfinə nail olub-olmayacağı qeyri-müəyyən olaraq qalır.
Çin iqtisadiyyatı ilk üç rübdə 3% artıb.
Seymur Bənnayev,
SİTAT.İNFO